Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq
16:47 17 Sentyabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni" QSC hər il olduğu kimi bu il də 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.
Qurumdan "Report"a verilən məlumata görə, sabah sərnişin axını daha çox olduğu 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq. 
Proqrama milli və klassik musiqi nümunələri daxil olacaq. Canlı musiqi aşağıda göstərilən saatlarda səsləndiriləcək:
- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;
- “Sahil” stansiyası – saat 12:00-13:30.
- “28 May” stansiyası – saat 13:00-14:30;
- “Xətai” stansiyası – saat 14:00-15:30.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-metrosunda-milli-musiqi-gunu-qeyd-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR