Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub

Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub
17:50 17 Sentyabr 2019
46 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatının fərdi proqramında halqa ilə hərəkətlərdə finalçıların adı məlum olub.

Trend-in məlumatına görə, finala Dina Averina (Rusiya, 23.650 xal), Linoy Aşram (İsrail, 23.550 xal), Yekaterina Seleznyova (Rusiya, 23.400 xal), Anastasiya Salos (Belarus, 22.100 xal), Yekaterina Qalkina (Belarus, 22.000 xal), Alessandra Acurcukuleze (İtaliya, 21.800 xal), Nikol Zelikman (İsrail, 21.600 xal), Boryana Kaleyn (Bolqarıstan, 21.600 xal) çıxıblar.

Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3119946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR