Dünya bazarında neftin qiymətləri kəskin azalıb

Dünya bazarında neftin qiymətləri kəskin azalıb
19:37 17 Sentyabr 2019
135 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neftin qiymətləri kəskin azalıb. Belə ki, “Brent” markalı neft bir neçə dəqiqə ərzində 5 faizdən artıq ucuzlaşaraq 64,5 dollaradək geriləyib.
“Report” "Rbc.ru”ya istinadən xəbər verir ki, bu rəqəm dünənki hərracların yekun göstəricisinə nisbətən 6,54% azdır. Bənzər dəyişiklik göstərən “WTI” markalı neftin də bir bareli əvvəlki hərracın yekununa nisbətən 5,4 faiz azalaraq 59,28 dollar səviyyəsinə enib.
Qeyd olunur ki, dünya bazarındakı neftin kəskin ucuzlaşması Səudiyyə Ərəbistanının neft sənaye müəssisələrinə Yəməndəki Husi üsyançılarının hücumları ilə başlayan kəskin bahalaşmadan sonra meydana gəlib. Belə ki, sentyabrın 16-da “Brent” markalı neftin bir barelinin qiyməti ötəın həftənin son hərracındakı səviyyəsinə nisbətən 20 faizədək artaraq 71,95 dollaradək qalxmış, başar ertəsinin hərracları adıçəkilən markanın 14,61 faiz bahalaşması ilə qapadılmışdı.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dunyada-neftin-qiymetleri-keskin-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR