"Valensiya"da boykot - Klubda aləm qarışdı

"Valensiya"da boykot - Klubda aləm qarışdı
19:47 17 Sentyabr 2019
102 İdman
Ölkə mətbuatı
A- A+

"Valensiya"nın futbolçuları Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda keçirəcəkləri "Çelsi" ilə səfər oyunu öncəsi mətbuat konfransını boykot ediblər.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, "yarasalar"ın futbolçuları bununla baş məşqçi Marselino Qarsiya Toralın istefaya göndərilməsinə etirazlarını bildiriblər.

Həmin futbolçular La Liqanən 4-cü turunda "Barselona" ilə oyundan (2:5) sonra da mətbuata açıqlama verməyərək klub rəhbərliyinə etirazlarını göstəriblər.

Klubun sinqapurlu sahibi, iş adami Peter Lim aralarındakı münaqişəyə görə bir neçə gün əvvəl baş məşqçi ilə yanaşı, idman direktorunu da istefaya göndərib. Marselinonun əvəzinə Albert Selades baş məşqçi təyin olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/786841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR