Bakıda bədii gimnastika üzrə dünya çempionatının finalı başlayıb - FOTO

Bakıda bədii gimnastika üzrə dünya çempionatının finalı başlayıb - FOTO
20:17 17 Sentyabr 2019
48 İdman
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının finalı başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün fərdi proqramda halqa və topla hərəkətlərdə qaliblər və mükafatçılar müəyyənləşdiriləcək.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/786938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR