Sumqayıtda 32 yaşlı kişi itkin düşüb

Sumqayıtda 32 yaşlı kişi itkin düşüb
20:17 17 Sentyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıtda 32 yaşlı kişi itkin düşüb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin İnsaatçılar qəsəbəsində qeydə alınıb. 
Belə ki, 5 saylı yataqxana, otaq 78 ünvanında yaşayan, 1957-ci il təvəllüdlü Vidadi Nəcəf oğlu Cavadov bir neçə gün öncə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib kı, sentyabrın 12-də onunla eyni ünvanda yaşayan, 1987-ci il təvəlludlu Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olan Rustəm Cavadov yaşadığı ərazidən çıxıb və bir daha geri qayıtmayıb.
Onun boyu, təxminən, 162 sm-dir, arıq bədən quruluşlu, ağbəniz sifətli, gözlərinin rəngi qəhvəyı, saçlarının rəngi qaradır. Evdən çıxarkən əynində göy rəngli şort, boz rəngli qısaqol köynək və ayağında sarı rənglı ayaqqabı olub.
Şəxsı görənlərdən və ya məlumatı olanlardan (018) 655 69 77, (070) 325 70 25, (055) 287 27 25 nomrələrı ilə əlaqə saxlamaları xahiş olunur.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-32-yasli-kisi-itkin-dusub17092019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR