Bu il nə qədər avtomobil istehsal edilib?

Cari ilin yanvar-avqust aylarında 1496 minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən Metbuat.az -a verilən məlumata görə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 14,3 faiz azalıb.

Həmçinin dövr ərzində 863 traktor istehsal olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR