Elmar Məmmədyarov David Nazarla görüşdü - FOTO

Elmar Məmmədyarov David Nazarla görüşdü - FOTO
20:48 17 Sentyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Tax Taca rəsmi səfəri çərçivəsində bu ölkənin Pontifik Şərq İnstitutunun rektoru David Nazar ilə görüşüb.

XİN-dən Publika.az-a verilən məlumata görə, görüş zamanı rektor David Nazar təmsil etdiyi institutun yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Daha sonra D.Nazar institutun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək bu əməkdaşlığın Azərbaycan ilə Vatikan arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb.

E.Məmmədyarov səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək ölkəmizin sözügedən institutla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. Nazir qarşı tərəfə Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələri haqqında məlumat verib.

Görüş zamanı XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə Pontifik Şərq Institutu(POI) arasında Anlaşma Memorandumu imzalanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/290525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR