Dina Averina bədii gimnastika üzrə dünya çempionatında topla hərəkətlərdə birinci olub

Dina Averina bədii gimnastika üzrə dünya çempionatında topla hərəkətlərdə birinci olub
21:08 17 Sentyabr 2019
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Rusiya gimnastı Dina Averina 23.500 xalla topla hərəkətlərdə Bakıda bədii gimnastika üzrə dünya çempionatının qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, ikinci yeri Arina Averina (Rusiya, 23.050 xal), üçüncü yeri Linoy Aşram (İsrail, 22.400 xal) tutub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3120042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR