Tərki-övla nə deməkdir?

Tərki-övla nə deməkdir?
21:22 17 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Tərki-övla ərəb dilində "daha üstün olan əməli tərk etmək" deməkdir. Əsasən, cəfəri məzhəbinə görə, peyğəmbərlərin başına gələn bəzi hadisələrlə (məsələn, Həzrət Adəm Peyğəmbərin (ə) qadağan olunmuş ağacın meyvəsindən yeyib cənnətdən qovulması) bağlı bu termindən istifadə edilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, Peyğəmbərlər məsumdurlar. Onlar nə qəsdən, nə də bilməyərəkdən nə böyük, nə də kiçik günah etməzlər. Amma peyğəmbərlərin həyatında elə anlar olub ki, onların hər hansı hərəkəti öz uca məqamlarına yaraşan olmayıb. Peyğəmbərlik məqamı onların bundan daha üstün bir yolu seçmələrini tələb edirdi. Məsələn, müstəhəb bir əməl etmək imkanı olduğu halda, mübah əməl etmişlər. Buna tərki-övla deyılir. Peyğəmbərlərin tərki-övla əməli qətiyyən günah sayılmır.

Bunun mahiyyətini daha yaxşı anlamaq üçün bir misal çəkək. Məsələn, bir nəfər müstəhəb namaz qılmaq istədiyi vaxt görür ki, elmi məclis qurulub. Müstəhəb namaz qılmaq nə qədər savab olsa da, elm öyrənmək ondan daha vacib və daha xeyirlidir. Çünki Peyğəmbərimiz bir tərəfdə elm məclisinin qurulduğunu, digər tərəfdə müstəhəb namaz qılındığını görəndə, elm məclisinə qoşulmuşdu. Əgər kimsə bunu bildiyi halda müstəhəb namaz qılsa, tərki-övla etmiş olur; yəni savabı daha çox olan əməli buraxıb savabı daha az olan əməli yerinə yetirir.

Peyğəmbərlər təvazönün ən uca mərtəbəsində durduqları üçün tərki-övla etdikdən sonra özlərini günahkar bilir və tövbə edirdilər. Məsələn, Həzrət Adəm Peyğəmbər (ə) cənnətdən yerə endikdən sonra illər uzunu ağlayıb-sızlamış və tövbə etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR