Bakıda keçmiş məhkum kafedə ürəyindən bıçaqlandı

Bakıda keçmiş məhkum kafedə ürəyindən bıçaqlandı
21:36 17 Sentyabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakıda keçmiş məhkum bıçaqlanıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbəsində fəaliyyət göstərən "Neftçi" kafesində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynov Seymur Elbrus oğlu tanışı Maqa ləqəbli şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3119971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR