Cənabətli halda qəbristanlığa, qəbir ziyarətinə və ya dəfn mərasiminə getmək olarmı?

Cənabətli halda qəbristanlığa, qəbir ziyarətinə və ya dəfn mərasiminə getmək olarmı?
22:17 17 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu əməlləri cənabətli halda etmək günah deyil. Amma nəzərə almaq lazımdır ki, qəbir ziyarətinə gedən və ya dəfn mərasimində iştirak edən adam Qurandan müəyyən surələri oxumalı olur. Adətən, bu zaman Fatihə və İxlas surələrini oxuyurlar. Cənabətli şəxsin Qurandan 7 ayədən artıq oxuması məkruh (bəyənilməz) sayılır. Adı çəkilən iki surə üst-üstə 11 aəyədən ibarətdir. Bu surələri oxumaqla cənabətli şəxs məkruh iş görmüş olur. Buna görə də, qəbir ziyarətinə, hüzr məclisinə getməzdən əvvəl cənabətli şəxsin qüsl alıb pak olması daha yaxşıdır.

Unutmayaq ki, müqəddəs məkanlara (imam və imamzadələrin, övliyaların məzarı yerləşən ziyarətgahlara) - həm də məscid sayıldığı üçün - cənabətli halda getmək günaha səbəb olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR