“Molla” sözünün mənası nədir?

“Molla” sözünün mənası nədir?
22:52 17 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

"Molla" sözü ərəb dilindəki "mövla" kəlməsindən götürülüb; mənası "ağa, başçı" deməkdir. Adətən, dini məişət ayinlərini (dəfn mərasimi, kəbin, yas məclisi və s.) icra edən din xadimlərinə molla deyilir. Keçmişdə mollalar məd¬rəsədə şagirdlərə dini dərs keçdiklərinə görə, mədrəsələri də "mollaxana" adlandirırdılar.

Həmçinin, keçmişdə savadlı şəxslərin, şair və ədiblərin, nüfuzlu ruhanilərin də adinın əvvəlinə "molla" ləqəbini qoşurdular. Məsələn: Molla Mühəmməd Füzuli, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Molla Sədra, Molla Cuma, Molla Nəsrəddin və s.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR