Gürcüstan nümayəndə heyətinin üzvü: Azərbaycanda yaxşı, perspektivli gimnastlar var

Gürcüstan nümayəndə heyətinin üzvü: Azərbaycanda yaxşı, perspektivli gimnastlar var
01:29 18 Sentyabr 2019
98 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan Gimnastika Federasiyasının əməkdaşları çox mehribandır, hər cür kömək və dəstək göstərməyə hazırdır.

Bunu Trend-ə dünya çempionatında Gürcüstan nümayəndə heyətinin üzvü Neli Saladze deyib.

Onun sözlərinə görə, ən əsası odur ki, Azərbaycan gimnastika məktəbi sürətlə inkişaf edir:

“Biz şadıq ki, Azərbaycanda yaxşı, perspektivli gimnastlar var. Dünya çempionatı hər kəs üçün vacibdir, çünki Olimpiya oyunlarına lisenziya uğrunda mübarizə gedir”.

N.Saladze vurğulayıb ki, Gürcüstan nümayəndə heyəti hər zaman böyük məmnunluqla Azərbaycana gəlir.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3120012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR