Klopp: "Liverpul" səhv qərarlar verdi və nəticə ilə barışmalıyıq"

Klopp: "Liverpul" səhv qərarlar verdi və nəticə ilə barışmalıyıq"
02:02 18 Sentyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının hazırkı qalibi "Liverpul"un baş məşqçisi Yurgen Klopp turnirin qrup mərhələsinin ilk turunda "Napoli" ilə oyunda qeydə alınan 2:0-lıq məğlubiyyətə münasibət bildirib.
“Report” "BT Sport"a istinadən xəbər verir ki, baş məşqçi məğlubiyyətin ağrılı olduğunu deyib:
"Qol vurmaq üçün hər cür imkanımız olduğunu nəzərə alsaq, ağrılı məğlubiyyətdir. Bu ilk oyun idi, hücumda çalışdıq, amma hücumları tamamlaya bilmədik və problem də bundadır. İkinci hissədə amansız bir oyun oldu, hamı bir tərəfdən o biri tərəfə qaçırdı.
"Liverpul" yaxşı futbol nümayiş etdirdi, amma qol vura bilmədi. Oyuna nəzarət etdik, lakin kifayət qədər təhlükəli məqamlarımız olmadı. Səhv qərarlar verdik və nəticə ilə barışmalıyıq".


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/klopp-liverpul-sehv-qerarlar-verdi-ve-netice-ile-barismaliyiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR