Texas sahillərində tropik "İmelda" qasırğası əmələ gəlib

Texas sahillərində tropik "İmelda" qasırğası əmələ gəlib
02:22 18 Sentyabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Texas ştatı sahillərində siklon "İmelda" adı verilən tropik qasırğa səviyyəsinə çatıb.
"Report" RİA "Novosti" yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Milli Qasırğa Mərkəzi (National Hurricane Center) məlumat yayıb.
Mövsümün on birinci siklonu çərşənbə axşamı günortadan sonra Texas sahillərinə yaxınlaşıb.
Mərkəzin məlumatına görə, o, tropik qasırğa gücünə yiyələnib və saatda 11 kilometr sürətlə şimala doğru irəliləyir, küləyin ən yüksək gücü saatda 55 kilometrə çatır.
Son məlumatlara görə, fırtına Friport yaşayış məntəqəsindən 25 kilometr və Texas sahillərindəki Qalveston şəhərindən isə 90 kilometr məsafədədir.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/texas-sahillerinde-tropik-i-melda-qasirgasi-emele-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR