"Umberto" qasırğası üçüncü dərəcəyədək güclənib

"Umberto" qasırğası üçüncü dərəcəyədək güclənib
05:57 18 Sentyabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın şərq sahillərində əmələ gələn "Umberto" qasırğasının gücü "Saffir - Simpson" cədvəlinə görə beşdən üçüncü dərəcəyə qədər artıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Milli Qasırğa Müşahidə Mərkəzinin saytı yazıb.
Məlumata görə, ABŞ-ın Şərq Sahilində saat 20: 00-da (18 sentyabr, Bakı vaxtı ilə 04: 00-da) qasırğa Bermud adaları sahillərindən 655 km cənub-qərbdə olub. Küləyin maksimal sürəti 51,4 m/s-ə çatıb.
Hazırda qasırğa 5.3 m/s sürətlə şimal-şərqə doğru hərəkət edir.
Mərkəzin "Umberto"nun cümə axşamı səhər saatlarında artacağını proqnozlaşdırır.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/umberto-qasirgasi-ucuncu-dereceyedek-guclenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR