Ekvador parlamenti ölkənin Cənubi Amerika Millətlər Birliyindən çıxmasına səs verib

Ekvador parlamenti ölkənin Cənubi Amerika Millətlər Birliyindən çıxmasına səs verib
06:52 18 Sentyabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Çərşənbə axşamı Ekvadorun Milli Məclisi (bir palatalı parlament) ölkənin Cənubi Amerika Millətlər Birliyini tərk etməsinə səs verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Comercio" qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, ölkə hökumətinin regional blokun təsis razılaşmasının ləğvinə başlamasına icazə verən qərarın lehinə 79 deputat səs verib (zəruri 70 deputat), 36 nəfər əleyhinə olub, dörd nəfər bitərəf qalıb. Ölkənin Birlikdən çıxması təsis sənədində göstərildiyi kimi müvafiq prosedurların bitməsindən altı ay sonra baş verəcək.
Martın 11-də Ekvador təşkilatda iştirakını dayandırıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ekvador-parlamenti-olkenin-cenubi-amerika-milletler-birliyinden-cixmasina-ses-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR