Ronaldo hazırkı maddi vəziyyətindən danışıb

Ronaldo hazırkı maddi vəziyyətindən danışıb
07:02 18 Sentyabr 2019
143 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştiano Ronaldo maddi vəziyyətindən və sahib olduğu avtomobillərin sayından danışıb.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, o, varidatının yarım milyarda yaxın olduğuna ümid etdiyini bildirib:
"Doğurdanmı mənim varidatım yarım milyard dollara yaxındır? Düşünürəm ki, bəli, mən buna ümid edirəm. 100 faiz əmin deyiləm, amma bank hesabımda yaxşı pulun olduğunu söyləyə bilərəm".
Maşınlarımın sayı? Yəqin ki, 17. Ən çox rahat bir "Rolls-Royce" sürməyi xoşlayıram. İki "Bugatti", "Ferrari" və "McLaren" də var".
Ronaldo ötən yay "Real"dan "Yuventus"a keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 34 yaşlı hücumçu başa çatan mövsümdə İtaliya çempionatında 31 matçda iştirak edib və 21 qol vurub.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ronaldo-hazirki-maddi-veziyyetinden-danisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR