Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək
07:32 18 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım vasitələrinin çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadəyə başlamağı planlaşdırır. Ölkə ümumilikdə 32 kvadrokopter almağı nəzərdə tutur.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, Ətraf Mühit Nazirliyinin strukturuna daxil olan Milli Parklar Xidmətinin nümayəndələrinin sözlərinə görə, bir sıra üstünlüklərə malik olan dronların tətbiqi bəzən yardım göstərmək üçün yeganə imkan olur.  
 
Pilotsuz uçan aparat böyük mobilliyə malikdir və təyinat yerinə mürəkkəb dağlıq relyefi qət edən təcili yardım əməkdaşlarından daha tez gəlirlər. Bundan başqa, dron tibbi vertolyotun enə bilmədiyi yerə dərmanlar çatdıra bilir.
 
Bildirilir ki, uçan aparat uzaq dağlarda olan turistlərə təcili yardım üçün dərman qutusu və defibrilyator ilə təchiz ediləcək. Qurğu yardıma ehtiyacı olanları GPS texnologiyası vasitəsilə tapır, infraqırmızı və istilik kameraları isə yaralının olduğu yeri dəqiq müəyyənləşdirməyə imkan verir.
 
İlk tibbi yardım vasitələrinin çatdırılması üçün dronlardan istifadənin effektivliyi dağ turizmini sevənlər arasında populyar olan və Seul ətrafında yerləşən Pukhansan parkında keçirilən sınaqlar zamanı yoxlanılıb. Ora ilk dron nümunəsi 2018-ci ilin dekabrında təhvil verilib.
 
Məlumata görə, pilotsuz uçan aparatların bir sıra sistemləri, o cümlədən GPS texnologiyası təkmilləşdiriləcək.
 
Xidmət nümayəndəsi bildirib ki, konstruktorlar tədqiqatları davam etdirirlər. Son tədarük vaxtı onların nəticələrindən asılı olacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/786748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR