Almaniyada “IBM Q System One” kvant kompüteri quraşdırılacaq

Almaniyada “IBM Q System One” kvant kompüteri quraşdırılacaq
07:42 18 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

"IBM" şirkəti və Fraunhofer adına Elmi Tədqiqat Cəmiyyəti (Fraunhofer Gesellschaft) arasında Almaniyada tədqiqat və eksperimentlərin aparılması məqsədilə kvant hesablamalar sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Əməkdaşlıq çərçivəsində kvant hesablamalar üzrə sahəvi və tətbiqi strategiyaların həyata keçirilməsi üçün yeni birliyin yaradılması nəzərdə tutulur.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, sazişin şərtlərinə görə, "IBM Q System One" kommersiya kvant kompüteri ABŞ korporasiyasının Almaniyada yerləşən obyektlərindən birində quraşdırılacaq.
 
Məlumata görə, Almaniya hökuməti kvant texnologiyalarının fundamental tədqiqatlar sahəsindən praktiki tətbiq sahəsinə keçməsini dəstəkləmək üçün iki il ərzində layihəyə 650 milyon avro investisiya qoymağı planlaşdırır.
 
Gələcəkdə özündə 500 şirkət, startap, akademik institut və tədqiqat laboratoriyasını birləşdirən "IBM Q Network" adlı birlik yeni Avropa kvant hesablamalar mərkəzinə malik olacaq. Mərkəz əsas diqqəti Almaniyada alim, tədqiqatçı, proqram tərtibatçısı, İT mütəxəssisi və sahə üzrə ekspertlər birliyinin formalaşdırılmasına yönəldəcək.  
 
Kvant hesablamalar vasitəsilə mürəkkəb molekulyar və kimyəvi birləşmələri başa düşmək, ən çətin optimallaşdırma problemlərini həll etmək və süni intellektin səmərəliliyini artırmaq mümkün olacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/786747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR