Rekord parlaq monitorlar üçün yeni standart rəsmən təqdim olunub

Rekord parlaq monitorlar üçün yeni standart rəsmən təqdim olunub
07:52 18 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Videoelektronika Standartlaşdırma Assosiasiyası (VESA) yeni nəsil displeylər üçün hazırlanan yeni "DisplayHDR 1400" standartını rəsmən təqdim edib.  
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, yenilənmiş "DisplayHDR 1.1" spesifikasiyasına daha ciddi məhsuldarlıq tələbləri (məsələn, parlaqlıq və rəng qamması üçün), eləcə də sınaqlar üçün yeni sorğular (HDR texnologiyasında ən son nailiyyətləri əks etdirən aktiv tündləşdirmə) daxildir. İstehsalçılar "DisplayHDR 1.1" standartı üzrə sertifikasiyanın aparılmasına indidən başlaya bilsələr də, "VESA" məhsulu 2020-ci ilin mayınadək köhnə "DisplayHDR 1.0" standartı üzrə sertifikasiyadan keçirməyə icazə verəcək.  
 
Bundan əlavə, yeni "VESA" standartına uyğunluq üçün təsvirin parlaqlığını 40 faiz artırmaq və qara rəng səviyyəsini 2,5 dəfə azaltmaq tələb olunur.
 
Yeni "DisplayHDR 1400" spesifikasiyasına tam cavab verən ilk sertifikatlaşdırılmış monitor "IFA 2019" sərgisində nümayiş edilən "ASUS ProArt Display PA32UCG" olub. O, "4K" təsvir ölçülü 32 düymlük ekran, maksimal 1600 kandel kvadratmetr (kd/m2) parlaqlıq, 1 000 000:1 nisbətində kontrastlıq və 48-120 QHs arasında tənzimlənən yenilənmə tezliyi ilə təchiz edilib.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/786746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR