Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes forumu keçirilir

Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes forumu keçirilir
09:07 18 Sentyabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC və Tacikistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Tacikistan Aqrobiznes forumu keçirilir.
"Report" xəbər verir ki, forumda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumları və biznes strukturlarının nümayəndələri, sahibkarlar iştirak edirlər.
Əvvəlcə hər iki ölkənin kənd təsərrüfatının müvafiq sahələrində ixtisaslaşmış biznes strukturları tərəfindən təqdimatlar ediləcək, hər iki ölkə istehsalçılarının məhsullarından ibarət sərgi təşkil olunacaq, ikitərəfli (B2B) görüşlər keçiriləcək. Forum zamanı, hər iki ölkənin kənd təsərrüfatı məhsullarından ibarət sərgisi də təşkil olunub.
Forumun ikinci hissəsində isə, Tacikistandan gəlmiş qonaqların QubaXaçmaz rayonlarına səfəri nəzərdə tutulur. Qonaqlar əvvəlcə Bakı Yağ Emalı Fabriki, daha sonra Xaçmaz Konserv Zavodu və Quba “ABAD Factory” İstehsalat Kompleksini ziyarət edəcək, müəssisələrin iş prosesi ilə yaxından tanış olacaqlar.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bakida-azerbaycan-tacikistan-aqrobiznes-forumu-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR