Dünya çempionatı: Azərbaycanın daha 4 qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 4 qadın güləşçisi mübarizəyə başlayır
09:17 18 Sentyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bu gün daha 4 çəki dərəcəsində qadın güləşçilər mübarizəyə başlayacaqlar.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.

57 kq-da Avropa çempionatlarının üçqat və "Minsk 2019" II Avropa Oyunlarının bürünc mükafatçısı Alyona Kolesnik çıxış edəcək. Onun təsnifat mərhələsinə təsadüf edən ilk görüşdə rəqibi ukraynalı İrina Çixradze olacaq.

59 kq-da "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa çempionatının bürünc medalçısı Tatyana Omelçenko təsnifat mərhələsində yeni zelandiyalı Ana Paulina Mokeyevanı sınağa çəkəcək.

65 kq-da son Avropa çempionu və Bakıdakı islamiadanın qalibi Elis Manolova 1/8 finalda hindistanlı Kaur Navcotla qarşılaşacaq.

76 kq-da isə gənclər arasında Avropa çempionu, böyüklər arasında isə Avropa çempionatının bürünc, islamiadanın gümüş mükafatçısı Səbirə Əliyeva təsnifat mərhələsində cənubi koreyalı Eunju Hvanqla görüşəcək.

Dünya çempionatı
18 sentyabr

57 kq
Təsnifat. Alyona Kolesnik - İrina Çixradze (Ukrayna)

59 kq
Təsnifat. Tatyana Omelçenko - Ana Paulina Mokeyava (Yeni Zelandiya)

65 kq
1/8 final. Elis Manolova - Kaur Navyot (Hindistan)

76 kq
Təsnifat mərhələsi. Səbirə Əliyeva - Eunyu Hvanq (Cənubi Koreya)

Bu çəkilərdən 57 kq və 76 kq-da yarımfinaladək və ya son təsəlliverici görüşədək irəliləyənlər 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. 59 kq və 65 kq isə qeyri-olimpiya çəkiləridir.

Bu gün həm də Mariya Stadnik 50 kq çəki dərəcəsində final görüşünə çıxacaq. Onun rəqibi dünya və Avropa çempionatlarının mükafatçısı, rumıniyalı Emilia Alina Vuç olacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/dunya-cempionati-azerbaycanin-daha-4-qadin-gulescisi-mubarizeye-basl

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR