Xanım sürücü avtomobili “şahə” qaldırdı - VİDEO

Xanım sürücü avtomobili “şahə” qaldırdı - VİDEO
10:37 18 Sentyabr 2019
138 Dünya
Ölkə mətbuatı
A- A+

Çində minik avtomobili qəza törədərək dik durub.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident Hangzhou şəhərində yerləşən avtomagistralların birində, arxadan gələn başqa bir avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda avtobanda hərəkət edən bir maşının istiqamət bildirici və xəbərdarlıq edici dirəyə çırpıldığını, bundan sonra da dirəyə söykənərək dik dayandığı görülür.

Yerli mediada dik duran nəqliyyat vasitəsində qadın sürücü ilə bərabər daha 2 sərnişinin olduğunu, onlardan yalnız sürücünün xəsarət aldığı qeyd edilib.

Aparılan müayinə zamanı qadın sürücünün alkoqol, ya da hər hansı bir narkotik maddənin təsiri altında olmadığı müəyyən olunub.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/786999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR