Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın olub

Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın olub
10:52 18 Sentyabr 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda meşədə yanğın hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən Qarayazı Dövlət Təbiət Qoruğunun Poylu meşəbəyliyinin ərazisində baş verib.

Yanğın 5 hektar ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, meşə ərazisindəki quru və yaş ağaclar yanıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/787014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR