Tamaşaçı: Milli Gimnastika Arenasının tribunalarında mühit çox xoşdur

Tamaşaçı: Milli Gimnastika Arenasının tribunalarında mühit çox xoşdur
11:29 18 Sentyabr 2019
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə dünya çempionatının yarışları baxımlı keçir.

Bunu Trend-ə tamaşaçı Tatyana Lipilina deyib.

O, Milli Gimnastika Arenasında ilk dəfə olmadığını deyib:

“Deyə bilərəm ki, tribunalarda mühit çox xoşdur. Tamaşaçılar təkcə öz ölkələrinin gimnastlarını deyil, digər ölkələrdən olan idmançıları da dəstəkləyir”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3120017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR