Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun artması riski barədə xəbərdarlıq edib

Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun artması riski barədə xəbərdarlıq edib
12:12 18 Sentyabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

"İqtisadi artımın yavaşıması və investisiya qıtlığı bir sıra inkişaf etməkdə olan ölkələrdə yoxsulluq səviyyəsinin artmasına gətirib çıxara bilər".
"Report" TASS-a istinadən xəbər verir ki, bu fikri Dünya Bankının prezidenti Devid Melpas Vaşinqton Peterson İnstitutunda çıxış edərkən söyləyib.
"İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın yavaş və oraya investisiya yatırılmasının zəif olması bir sıra ölkələrdə yoxsulluq səviyyəsinin artacağı və Dünya Bankının yoxsulluğun azaldılması ilə bağlı bir çox məqsədinin həyata keçirilməməsi ehtimalını yaradır", - o deyib 
D.Melpas bildirib ki, yoxsulluğun azaldılması inkişaf etməkdə olan ölkələrdəki iqtisadi artımla sıx bağlıdır və bu da öz növbəsində inkişaf etmiş ölkələrdəki artım və inkişaf etməkdə olan ölkələrdəki artım yönümlü siyasət ilə əlaqədardır.
Dünya Bankının iyun ayındakı hesabatına əsasən, 2020-ci ildə aşağı gəlirli ölkələrin iqtisadiyyatında artımın 2019-cu ildəki 5,4%-dən 6%-dək yüksəlməsi gözlənilir. Amma mütəxəssislərin fikrincə, bu, hələ yoxsulluğu əhəmiyyətli dərəcədə azaltmaq üçün kifayət deyil.
Dünya Bankı 2018-ci ilin oktyabr ayında dünya əhalisinin demək olar yarısının və ya 3,4 milyard insanın gündəlik 5,5 dollardan az gəirinin olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dunya-banki-yoxsullugun-artmasi-riski-barede-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR