Mehriban Əliyevadan Üzeyir Hacıbəyli ilə bağlı paylaşım — FOTO

Birinci Vitse-Prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva Milli Musiqi Günü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayev xatirəsini yad edərək bu sözləri qeyd edib:

"Bu gün Milli Musiqi Günüdür. 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olmuşdur. Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlmişdir. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR