Polşalı turist Şəkidə qəzaya uğrayıb

Polşalı turist Şəkidə qəzaya uğrayıb
13:17 18 Sentyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Şəki rayonunda yol qəzası baş verib. 
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, "Moskviç" markalı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, Polşa vətəndaşı, 1989-cu il təvəllüdlü Daniel Niçinski Mateus müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/polsali-turist-sekide-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR