AQTA meyvə milçəyi ilə bağlı təkrar fitosanitar müşahidələrə başlayıb

AQTA meyvə milçəyi ilə bağlı təkrar fitosanitar müşahidələrə başlayıb
14:37 18 Sentyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində Aralıq dənizi meyvə milçəyinin mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə müşahidələrə başlayıb. 
AQTA-dan "Reporta" verilən məlumata görə, bu məqsədlə artqı müvafiq ərazilərdə feremon tutucu tələlər quraşdırılıb.
Qeyd edək ki, agentliyin mütəxəssisləri sözügedən zərərli orqanizmin aktiv fəaliyyət dövrünü nəzərə alaraq ölkə ərazisində yayılma arealını müəyyənləşdirmək məqsədi ilə aprel-iyun aylarında fitosanitar müşahidələr aparmışdı. Müşahidələr zamanı respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən-Aralıq dənizi meyvə milçəyi aşkar edilməmişdi.




Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/aqta-meyve-milceyi-ile-bagli-tekrar-fitosanitar-musahidelere-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR