10 kiloqrama yaxın narkotik vasitə aşkar edilib

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Metbuat.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nərimanov rayonunun ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin götürülmüşdür. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 1,1 kkiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Səmədovdan 440 qram marixuana götürülmüşdür.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mirzəqurbanlı kənd sakini, əvvəllər məhkum olunmuş Z.Əliyevin həyətyanı sahəsindən 1,7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaracallı kənd sakini C.Mikayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatına baxış zamanı 6,5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Faktlarla bağlı araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR