İrandan XƏBƏRDARLIQ: ABŞ hər hansı addımı atarsa, dərhal reaksiya veriləcək

İrandan XƏBƏRDARLIQ: ABŞ hər hansı addımı atarsa, dərhal reaksiya veriləcək
15:15 18 Sentyabr 2019
129 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

ABŞ İrana qarşı hər hansı addımı atarsa, dərhal reaksiya veriləcək.

Trend-in məlumatına görə, bu İran Xarici İşlər Nazirliyinin ABŞ-ın İrandakı hüquqlarını qoruyan İsveçrə səfirliyinə rəsmi notasında qeyd olunub.

Xarici İşlər Nazirliyinin notası ABŞ rəsmilərinin Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumda İranın rolu olmasına dair açıqlamalarına reaksiya olaraq verilib.

Qeyd edək ki, Yəmənin Ansarullah (husilər) üsyançı hərəkatının tərəfdarları Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə pilotsuz uçan aparatlarla hücum ediblər. Hücum nəticəsində Səudiyyə Ərəbistanının neft hasilatı və ixracına ciddi ziyan dəyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3120377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR