“Artıq Ukraynada özümə ev almışam” - Qvardiola

“Artıq Ukraynada özümə ev almışam” - Qvardiola
15:22 18 Sentyabr 2019
109 İdman
Ölkə mətbuatı
A- A+

Xosep Qvardiola baş məşqçi kimi Ukraynanın "Şaxtyor" klubu ilə tez-tez qarşılaşmasına münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hazırda "Mançester Siti"ni çalışdıran Pep keçirdiyi mətbuat konfransında deyib ki, o, "Barselona" və "Bavariya"da işləyəndə də Donetsk təmsilçisi ilə oyunlar üçün Ukraynaya səfər edib: "Bu dəfə isə məşqçisi olduğum "Mançester Siti" "Şaxtyor"la qarşılaşır".

"Onlarla qarşılaşmaq sizi bezdirməyib ki" sualına Qvardiola gülərək belə cavab verib: "Mən artıq Ukraynada özümə ev almışam. Demək olar, hər mövsüm bura gəlirəm. Ukrayna xoşuma gəlir".

Xatırladaq ki, bu gün Çempionlar Liqasının qrup mərhələsində "Şaxtyor" Xarkov şəhərində "Mançester Siti" ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/787093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR