Kaxa Kaladze: “Gürcüstanda Energetika Nazirliyi bərpa olunmalıdır”

Kaxa Kaladze: “Gürcüstanda Energetika Nazirliyi bərpa olunmalıdır”
16:07 18 Sentyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisi meri Kaxa Kaladze Gürcüstanda Energetika Nazirliyinin yenidən yaradılmasına ehtiyacın olduğunu bildirib.
“Report”un yerli bürosu xəbər verir ki, keçmiş energetika naziri energetika sahəsinin Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən ayrılmasını təklif edib.
K.Kaladze bildirib ki, energetika sektoru üzrə ayrıca dövlət qurumunun yaradılması ilə bağlı qərarı baş nazir hökumətlə birgə qəbul edəcək.
Qeyd edək ki, bundan öncə Gürcüstan parlamentinin deputatı Revaz Arveladze Energetika Nazirliyinin bərpa olunmasını təklif edib. O, bu təklifin yer aldığı məktubu baş nazirə təqdim edib.
Qonşu ölkədə Energetika Nazirliyi 2017-ci ildə ləğv olunaraq funksiyaları İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə verilib.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/kaxa-kaladze-gurcustanda-energetika-nazirliyi-berpa-olunmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR