Gürcüstandan ölkəyə pirotexniki vasitələr keçirmək istədi, tutuldu

Gürcüstandan ölkəyə pirotexniki vasitələr keçirmək istədi, tutuldu
16:15 18 Sentyabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes -Benz E300" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Avtomobilə gömrük baxışı zamanı minik maşınının yük yerində ehtiyat təkər olan hissəsində vətəndaşın gömrük nəzarətindən gizlətdiyi, üzərində "Magic Shots 20 S" yazılan 370 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3120446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR