"Aldadılan qadın oldum"

"Aldadılan qadın oldum"
16:17 18 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Müğənni Lətifə Soyuöz bu dəfə türk mahnısına müraciət edib.

Milli.Az axşam.az xəbər verir ki, sənətçi məşhur "Hikaye" mahnısını səsləndirib. Bundan əvvəl italyan musiqisinə müraciət edən Lətifə bəstəkar mahnıları oxumamasının səbəbini açıqlayıb:

"Hər zaman mənim üçün özəl mahnılar yazıblar. Son vaxtlar isə ürəyimə yatan bəstə tapmıram. O qədər mahnı göndərirlər ki... Amma içərisində tam "əla" deyəcəyim yoxdur. "Hikaye" kimi sözləri olan bəstə istəyirəm.

Mən də sevdiyim türk mahnılarını yığıb oxudum. Hansılar ki, hər zaman qulaq asıb, istəyirdim mən də səsləndirim. Xoşuma gələn türk mahnılarını silsilə şəklində oxuyacam. Ondan sonra bəstəkar mahnısı təqdim edəcəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/787109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR