Bahar 9 il internatda birlikdə böyüdüyü dostunu axtarır

Bahar 9 il internatda birlikdə böyüdüyü dostunu axtarır
17:22 18 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Müğənni Bahar Lətifqızı uşaqlıq rəfiqəsini axtarır.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, sosial şəbəkədə 9 il internatda birlikdə böyüdüyü Sevinc adlı xanımın şəklini paylaşaraq həmin şəxsə müraciət edib:

"Əziz bacımız Sevinc! İnternatdan olan bacı-qardaşlarımızla bir-birimizi 26 ildən sonra tapdıq. Demək olar ki, hamımız varıq, bircə sən yoxsan! Dedilər ki, sən məni instaqramda izləyirsən. Əgər öz şəklivi görüb tanıdınsa, mənimlə əlaqə saxla. Bu, 9 il bir yerdə internatda böyüdüyümüz bacı-qardaşların, mənim istəyimdir.

Mənə mesaj yaz, səni görmək arzusundayıq. Axı biz ana-atadan ayrı böyüsək də, bir-birimizə ana və bacı olmuşuq. Bir tikəmizi yarı bölmüşük, bir yatıb, bir qalxmışıq. Mila anamız da xəstələnib, o da səni görmək istəyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/787124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR