Bako Saakyan dindirilməyə çağırıldı

Bako Saakyan dindirilməyə çağırıldı
17:32 18 Sentyabr 2019
106 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Xüsusi İstintaq Xidməti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağda qurulan qondarma rejimin rəhbəri Bako Saakyan 1 mart 2008-ci il hadisələrinə görə dindirilməyə çağırılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Bako Saakyana general-mayor Samvel Karapetyan məktub ünvanlayıb. 

Nəşrin yaydığı xəbərdə bildirilib ki, dindirilmə zamanı 1 mart hadisələrində Qarabağdan Yerevana göndərilən silahlar və buna görə ödənilən pullarla bağlı suallar veriləcək. 

Qeyd edək ki, 2008-ci il martın 1-də aksiyaların dağıdılması zamanı 10 nəfər ölüb, 230 nəfər xəsarət alıb. 

Ermənistanın eks-prezidenti Robert Koçaryan, sabiq Müdafiə naziri Seyran Ohanyan, KTMT-nin eks-sədri Yuri Xaçaturov və Baş nazirin sabiq müavini Armen Qevorkyan bu hadisələrdə ittiham edilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/787098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR