Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı
17:33 18 Sentyabr 2019
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib və nəqliyyat vasitəsinin yoxlanılması zamanı arxa oturacaqların altından 4000 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/290603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR