Gəncədə oğrunu iş başında yaxaladılar - FOTO

Gəncədə oğrunu iş başında yaxaladılar - FOTO
13:32 16 Yanvar 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları şəhər ərazisində daha bir oğurluq faktını aşkar ediblər. Bu dəfə poçt filialını soymağı hədəf alan 35 yaşlı Anar Qurbanov hadisə yerində yaxalanıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün səhər saat 06 radələrində Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə olunan, şəhərin Ozan küçəsi 100 saylı ünvanda yerləşən "Azərpoçt" MMC-yə məxsus 16 saylı filialda həyəcan siqnalı işə düşüb. Dərhal hadisə yerinə gedən idarənin "tutucu qrupu"nun əməkdaşları obyektin giriş qapısına quraşdırılan dəmir barmaqlıqların və qıfılın sındırıldığını, həmçinin plastik qapıya müdaxilə olunduğunu aşkar ediblər. Obyektə baxış zamanı 35 yaşlı şəhər sakini elə iş başındaca ələ keçib.

Şəmistan Kərimov - Gəncə Regional Mühafizə İdarəsinin rəisi: "Sidqi Ruhulla küçəsi 9 ünvanında yaşayan Qurbanov Anar Oqtay oğlu hadisə yerindəcə əməkdaşlarımız tərəfindən yaxalanıb. Saxlanılan şəxs haqqında aidiyyatı üzrə, yəni Nizami Rayon Polis İdarəsinə məlumat verilərək oraya təhvil verilib".

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır. Gəncə Regional Mühafizə İdarəsi 243 şəxsi heyətlə Gəncə və Samux rayonlarında yerləşən dövlət obyetlərinin sutkalıq mühafizəsini həyata keçirir.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/319336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR