Yana Batırşina Milli Gimnastika Arenasında ustad dərsi keçdi (FOTO)

Yana Batırşina Milli Gimnastika Arenasında ustad dərsi keçdi (FOTO)
18:15 18 Sentyabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bədii gimnastika üzrə dəfələrlə dünya çempionu, Bakıda keçirilən dünya çempionatının səfiri Yana Batırşina gimnastika həvəskarları üçün ustad dərsi keçib.

Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən dərs böyük marağa səbəb olub.

Ustad dərsində 20-dən çox gələcək gimnast iştirak edib. Dərsin əvvəlində Y.Batırşina gənc gimnastlarla isinmə hərəkətləri yerinə yetirdi. Sonra hər bir iştirakçı top, halqa və lentlə öz bacarıqlarını nümayiş etdirdi.

Daha sonra dünya çempionu gənclərə “Batırşina tullanışını” necə etmək lazım olduğunu göstərdi. O bildirdi ki, dərsdə iştirak edən uşaqların böyük potensialı var və onları parlaq gələcək gözləyir.

Görüşün sonunda Y.Batırşina ustad dərsində iştirakçıları və onların valideynləri ilə xatirə şəkli çəkdirdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3120535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR