Bakının mərkəzində vətəndaşı öldürmək istəyən şəxsi polis zərərsizləşdirdi - VİDEO

Bakının mərkəzində vətəndaşı öldürmək istəyən şəxsi polis zərərsizləşdirdi - VİDEO
18:22 18 Sentyabr 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

İctimai təhlükəli əməl şəxsi münasibətlər pozulması zəminində baş verib.

Milli.Az xəbər verir ki, bu barədə "Azxəbər"in sorğusuna cavab olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 1992-ci təvəllüdlü Bakı şəhər sakini R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılaraq, müvafiq polis şöbəsinə təhvil verilib.
 
Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatları öyrənilir, xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, xəstəxanaya yerləşdirilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/787230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR