Metro istifadəçilərinə ŞAD XƏBƏR - FOTO

Metro istifadəçilərinə ŞAD XƏBƏR - FOTO
18:33 18 Sentyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

İyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.

Publika.az-a Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Ötən müddət ərzində "Bakı Metropoliteni" QSC-nin müvafiq sahəsi eskalatoru sökərək, təftiş edib, təmir işləri aparıb, zəruri hissələri yeniləyib. Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib.

Onu xüsusi vurğulamaq lazımdır ki, bu tip eskalatorlar 110.000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

“Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/290608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR