Maşın qoşqu ilə toqquşdu, sürücü xəstəxanada öldü

Maşın qoşqu ilə toqquşdu, sürücü xəstəxanada öldü
18:47 18 Sentyabr 2019
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunun Yeddioymaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 17-də saat 3 radələrində Masallı rayonunun Yeddioymaq kəndi ərazisində Mehdi Əhmədov idarə etdiyi "VAZ-21074" markalı avtomobili qarşıda gedən Lənkəran rayon sakini C.Fəttayevin idarə etdiyi "KamAZ" markalı avtomobilin qoşqusuna vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Əhmədov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/787213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR