Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı davam edir - FOTO

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı davam edir - FOTO
18:52 18 Sentyabr 2019
46 İdman
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi hərəkətlərdə təsnifat yarışları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanı yarışlarda hər üç gimnast təmsil edir. Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova lentlə hərəkətlərdə çıxış edir.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/787235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR