Serxio Eskudero: “Qələbə qazanacağımıza ümid edirik”

Serxio Eskudero: “Qələbə qazanacağımıza ümid edirik”
18:52 18 Sentyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

“Qələbə qazanacağımıza ümid edirik”.
"Report"un məlumatına görə, bunu “Sevilya”nın futbolçusu Serxio Eskudero "Qarabağ"la qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin l tur matçından öncə mətbuat konfransında deyib.
30 yaşlı sol cinah müdafiəçisi qalib gəlmək üçün hazırlaşdıqlarını bildirib: "Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq. Oyuna kollektiv şəkildə hazırlaşmışıq. Bütün diqqətimizi bunun üzərinə cəmləmişik. Futbolda istənilən rəqiblə qarşılaşmaq asan deyil. Bu xüsusilə də səfər meydanında çox çətindir. Amma yenə də qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/serxio-eskudero-qelebe-qazanacagimiza-umid-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR