Bakıda Yana Batırşinanın gimnastika lenti hərracda 2500 avroya satıldı - FOTO

Bakıda Yana Batırşinanın gimnastika lenti hərracda 2500 avroya satıldı - FOTO
19:12 18 Sentyabr 2019
37 İdman
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı çərçivəsində hərrac keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, xeyriyyə məqsədi daşıyan hərracda dəfələrlə dünya çempionu, 1996-cı il Yay Olimpiya Oyunlarının mükafatçısı Yana Batırşinaya məxsus gimnastika lenti satılıb.

Lentin ilkin qiyməti 100 avro təyin olunsa da, rəqəm getdikcə artmağa başlayıb.

Y.Batırşina özü 2200 avro təklif edərək lenti almaq istəsə də, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva 2 500 avro təklif edərək lenti əldə edib.

M.Vasileva bu lenti komandaya uğur gətirməsi üçün aldığını deyib:

"Bu gün komandamız lentlə hərəkətlərlə çıxış edir, ona görə də fikirləşdim ki, bu lenti mütləq almalıyam. Əvvəlcə mən bu lenti gənc gimnastlardan birinə hədiyyə etmək istədim, amma Yana üçün onunla ayrılmağın nə qədər ağır olduğunu gördüm. Mən lenti Yanaya geri hədiyyə etmək istərdim. İstənilən halda, həmin pullar xeyriyyəyə gedəcək".

Bundan başqa, üzərində Y.Batırşinanın şəkli olan geyim hərraca çıxarılıb. Bu geyimi Ayla adlı gənc gimnast 100 manata əldə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/787239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR