Polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi - BAKIDA

Polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi - BAKIDA
19:13 18 Sentyabr 2019
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, paytaxt sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılıb və o, müvafiq polis şöbəsinə təhvil verilib.

Məlumata görə, xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatı öyrənilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/290612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR