Çaqqal Qax sakininə hücum edib

Çaqqal Qax sakininə hücum edib
19:27 18 Sentyabr 2019
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan Bilalov yırtıcı heyvan dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, müayinə zamanı R.Bilalovu yaşadığı ünvanda çaqqallın dişlədiyi məlum olub. Xəstəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, Qax rayonunda belə hadisə bu ayda 2-ci dəfə baş verir. Bir neçə gün öncə rayonun Əlibəyli kənd sakini Liya Baraxaşvilini bağda fındıq yığarkən çaqqal dişləmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/787198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR